Ərdoğan indi də İrana gedir

Ərdoğan indi də İrana gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Tehrana səfər edəcək. Virtualaz.org bildirir ki, bu barədə Fars agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, səfərdə məqsəd Suriyadakı yaraqlılarla mübarizə aparmaq üçün Rusiya-Türkiyə-İran koalisiyasının yaradılması məsələsini müzakirə etməkdir.

Xatırladaq ki, Ərdoğan Suriyada hərbi əməliyyatlara son qoyulmasının yollarını bir neçə gün əvvəl Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə də müzakirə edib. Yeri gəlmişkən, xəbəri verən mənbə onu da bildirib ki, tezliklə üç ölkənin nümayəndələri arasında bu mövzuda danışıqlar olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
787 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...