Yuşşenko: “Mən olsam, Krımı verməzdim”

Yuşşenko: “Mən olsam, Krımı verməzdim”


Krım məsələsi siyasi yollarla həll edilməli idi. Axar.az xəbər verir ki, bunu “Apastrof” saytına açıqlamasında Ukraynanın eks-prezidenti Viktor Yuşşenko söyləyib. Onun sözlərinə görə, Krımın işğalı ərəfəsində Ukraynanın 190 minlik ordusu və xeyli silahı mövcud olsa da, rus əsgərlərinə qarşı heç bir atəş açılmayıb:

“Mən Krımı verməzdim. Bu dəqiqdir. Bu problem hərbi yox, siyasi yollarla həll edilməli idi. O zaman nə qədər silahın olması problemin həlli üçün heç bir təsirə malik deyildi. Əsas siyasi iradə idi. Əgər siyasi iradə olsaydı, mən əminəm ki, Krım parlamentinin blokadası olmazdı. Biz ilk növbədə güc yolu ilə öz hakimiyyət institutlarımızı, hər şeydən öncə isə parlamenti müdafiə etməliydik. Bu olmadı və əvəzində parlamenti Putinin əlaltılarına təhvil verdik”.

Qeyd edək ki, Krım 2014-cü ilin aprelində Rusiya tərəfindən anneksiya olunub. Maraqlı məqam orasıdır ki, rəsmi Kiyevin əlində imkan olmasına rəğmən, işğal zamanı Krımda Rusiya hərbi dəstələrinə qarşı heç bir müqavimət göstərilmədi. Moskva heç bir güllə atmadan yarımadanı tam nəzarət altına aldı. Sonradan açıqlama verən Ukrayna liderləri Krımda atəş açmamaqlarına əsas səbəb kimi əhali arasında qan tökmək istəmədiklərini göstəriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
790 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...