Siyavuş Novruzov: ''Azərbaycanda siyasi baxışlarına görə həbs olunan yoxdur''

Siyavuş Novruzov: ''Azərbaycanda siyasi baxışlarına görə həbs olunan yoxdur''


"Azərbaycanda siyasi baxışlarına görə həbs olunan yoxdur. Kimsə qanun pozuntusuna yol verirsə, məsuliyyətə cəlb edilə bilər. Burada onun siyasi kimliyi önəmli deyil".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının da hansısa üzvü əməlinə görə həbs edilə bilər: "Burada son sözü məhkəmə deyir. Bəzən elə adamların adlarını çəkirlər ki, sanki, dünyaca tanınmışdırlar. Onlar da sadə vətəndaşlardır, fərqləndirməyə ehtiyac yoxdur. Kiminsə siyasi partiya və ya təşkilat üzvü olması onu məsuliyyətdən azad etmir. Hər kəs qanun qarşısında bərabərdir, kim hansı əməli törədirsə, qanun qarşısında cavab verməlidir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
762 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...