Bəxtiyar Hacıyev saxlanıldı

Bəxtiyar Hacıyev saxlanıldı


Gənc fəal Bəxtiyar Hacıyev saxlanılıb. Avropa.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlmuatda bildirilir ki, Bəxtiyar Hacıyev hazırda Yasamal rayonu 27-ci polis bölməsindədir:

"Dünən söyüş söyən yol polisi ilə mübahisə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır". DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə eşitmədiyini, nahardan sonra maraqlanacağını deyib. Yasamal rayonu 27-ci polis bölməsinin növbətçi hissəsindən Meydan TV-yə bildiriblər ki, Bəxtiyar Hacıyev adlı şəxs bu bölməyə gətirilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1094 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...