Referendumla əlaqədar səsvermə bülletenlərinin çapına başlanılıb
Azərbaycan Respublikasının konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə bu ilin sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Milli Məclisin mətbəəsində referendumla əlaqədar səsvermə bülletenlərinin çapına başlanılıb. MSK-nın sədri Məzahir Pənahov və Komissiyanın üzvləri səsvermə bülletenlərinin çap olunması prosesi ilə yaxından tanış olublar.
Jurnalistlərə açıqlama verən sədr Məzahir Pənahov bildirib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK tərəfindən müəyyənləşdirilib və 5 milyon 280 min 924 bülleten çap olunması qərara alınıb.
O qeyd edib ki, səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən olunan qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.
MSK sədri əlavə edib ki, səsvermə bülletenləri ilkin olaraq ucqar dairələrə göndəriləcək: "Birinci mərhələdə isə təbii ki, Naxçıvan Muxtar Respublikana veriləcək. Daha sonra isə digər ərazilərə çatdırılacaq. Ən sonda Bakı ətrafı və paytaxtdakı seçki dairələrinə paylanılacaq. ".
Bülletenlərin çapı prosesinin mühafizəsini Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir.
844 dəfə oxundu