“ABŞ Fətullah Güləni öldürə bilər” - Ərdoğanın baş müşaviri

“ABŞ Fətullah Güləni öldürə bilər” -


Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik ABŞ-ın Fətullah Güləni öldürə biləcəyini iddia edib.

Gundeminfo.az-ın Avropa.info-ya istinadən xəbər verir ki, Çevik Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin arxasında ABŞ-ın olduğunu da deyib.

“ABŞ-ın özünü nə baş verdiyini anlamayan kimi” göstərdiyini deyən Çevik, dövlət çevrilişinə cəhdi zamanı çevrilişçilərin ələ keçirdikləri F 16 təyyarələrinin İncirlikdən qalxan tanker təyyarələr vasitəsilə yanacaq doldurduqlarını bildirib. Bunun artıq Türkiyəyə səfərə gəlmiş ABŞ ordusunun Baş Qərargah rəisi Cozef Dunfordun da nəzərinə çatdırılacağını deyən Çevik, ABŞ-ın Fətullah Güləni dərhal ekstradisiya etməsini gözləmədiklərini də qeyd edib.

"ABŞ-da hamı bu işin içərisində deyil, amma bəziləri çevriliş cəhdinə dəstək veriblər. ABŞ-la Gülən arasındakı əlaqə biz düşündüyümüzdən də mürəkkəbdir. ABŞ bəlkə də Güləni öldürəcək, amma Türkiyəyə verməyəcək. Çünki ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bir çox ölkələrə məhz Gülənin təşkilatının vasitəsi ilə sıza bilib", - deyə Çevik qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1390 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...