Deputatdan "ne mutlu ermeniyim" ifadəsinə etiraz
Türkiyənin TGRT kanalında yayımlanan sosial çarxda “ne mutlu ermeniyim” deyə fikirlərin yer alması sosial şəbəkələrdə haqlı olaraq etirazlara səbəb olub. Qarabağ bölgəsindən seçilən millət vəkili Elman Məmmədov AzVision.az-a açıqlamasında Türkiyənin bu addımını qınadığını deyib. O, bildirib ki, qardaş Türkiyə hökuməti ən azından son 100 ilin tarixinə diqqət etməlidir.
Deputat, həmçinin qeyd edib ki, Türkiyə erməniləri vəzifələrə, siyasətə, mətbuata, televiziyaya buraxmaqla, onları müşavir təyin etməklə özünə böyük problemlər yaradıb.
“PKK-nın tərkibi yoxlanılsa, terror hərəkətləri araşdırılsa, onların təlimatçıları ermənilər çıxacaq. Ermənilər Türkiyə daxilində müxtəlif dona girərək tarixin bütün dövrlərində türk xalqına, hökumətinə zərbələr vurub. “Ne mutlu ermeniyim” o məqsədlə göstərilir ki, Türkiyədə yaşayan bütün xalqlar hamısı birdir və Türkiyə dövlətçiliyi naminə hamısı birləşib. Kim birləşsə də, erməni heç vaxt Türkiyə dövlətinin birliyi və yaşaması naminə birləşməz. Erməni maska taxmaqla biclik etməklə dağıdıcılıqla məşğul olar”.
Millət vəkili Azərbaycanın 15 iyul hərbi çevriliş hadisələrində Türkiyəyə dəstək olduğunu xatırladıb.
“Biz Azərbaycan olaraq 15 iyulda olan hadisələrdə Türkiyəyə dəstək olmuşuq. Vətəndaşlarımız meydanlarda Türkiyə və Azərbaycan bayraqlarını qaldırdılar. Türkiyə dövlətçiliyinin qorunması üçün canlarından keçməyə hazır olduqlarını bildirdilər. Amma ermənilər pozuculuqdan, dağıdıcılıqdan və dövlətə zərbə vurmaqdan başqa heç nə etmir. Bu baxımdan canı yanan qardaş kimi Türkiyəyə üz tutaraq deyirik ki, ehtiyatınızı əldən verməyin”.
780 dəfə oxundu