Binali Yıldırım: “Gülənə görə ABŞ-a 4 dəfə müraciət edilib”

Binali Yıldırım: “Gülənə görə ABŞ-a 4 dəfə müraciət edilib”

"Türkiyə Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 4 dəfə müraciət edib". Türkiyə KİV xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım bildirib.

"Biz ABŞ-a müraciət etdik, zəruri sənədləri göndərdik. Bizdən dəlil təqdim etməyimizi istəyirlər. Axı görünən kəndə nə bələdçi? Ancaq biz yenə də onlara istədikləri qədər dəlil təqdim edəcəyik. Siz 11 sentyabrda əkiz qüllələr vurulanda terrorçuları tələb edərkən dəlilmi istədiniz? Niyə Ben Laden üçün sübut axtarmazkən Fətullah terror təşkilatı üçün israrla dəlil istəyirsiniz? Bu canini, xaini artıq qorumayın", - deyə B.Yıldırım vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...