Hüseyn Avni Mutlu vəzifəsindən azad edildi

Hüseyn Avni Mutlu vəzifəsindən azad edildi


İstanbulun keçmiş valisi Hüseyn Avni Mutlu Daxili İşlər Nazirliyindəki vəzifəsindən kənarlaşdırılıb. Türkiyənin daxili işlər nazirinin əmri ilə İstanbulun keçmiş valisi Avni Mutlu hazırda nazirliyin valiliklərlə iş üzrə mərkəzindəki vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladırıq ki, keçən il Türkiyədə korrupsiya qalmaqalından sonra Mutlu vali vəzifəsindən mərkəzə işə keçirilmişdi. İndiyədək mərkəzdə işləyən Mutlunun çevrilişdən sonra buradakı işindən də uzaqlaşdırılması ən diqqət çəkən məqamdır. Hələlik keçmiş valinin hansı səbəbə görə işdən çıxarıldığı haqda dəqiq məlumat verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...