Ərdoğanın qaldığı otelə basqın edənlərin rütbəsi belə söküldü...

Ərdoğanın qaldığı otelə basqın edənlərin rütbəsi belə söküldü...


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə silahlı basqın edən qiyamçı əsgərlərdən 7-si yaxalanıb.

Lent.az-ın cnnturk-ə istinadən məlumatına görə, yaxalananlar İzmirə gətirilib. Saxlanılan əsgərlər arasında Skorsky helikopterini sürən pilot polkovnik Murat Dağlı da var. Onlar saxlanan kimi rütbələri sökülüb.


Bu əsgərləri İzmir 2-ci qırıcı təyyarə bazasına aparıblar. Bu yüksək rütbəli 7 hərbiçi əvvəlcə, sağlıq yoxlamasından keçirilib. Sonra isə Terrorla Mübarizə Şöbəsinə aparılıb. Yaxalanan hərbiçilərdən yaralı olan dəniz kapitanı Haldun Gülmez isə polis nəzarətində Çiğli Dövlət Xəstəxanasına yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...