ABŞ təşkilatından Bəxtiyar Hacıyevlə bağlı çağırış: "Cəzasız qalmayacaq"

ABŞ təşkilatından Bəxtiyar Hacıyevlə bağlı çağırış:
“Bəxtiyar Hacıyevin Azərbaycanda davamlı olaraq saxlanılması və ona qarşı pis rəftar edilməsi kobud ədalətsizlik və onun əsas insan hüquqları öhdəliklərinin kəskin şəkildə pozulmasıdır”.
Yeniavaz.com xəbər verir ki, bu ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının tvitterdə yaydığı bəyanatda deyilir.
“ABŞ siyasət belədir və belə də davam edir ki, bu cür kobud pozuntular diqqətdən kənarda və ya cəzasız qalmayacaq”, - Komissiyanın bəyanatında bildirilir.
Sözügedən qurum “Helsinki Komissiyası” kimi də tanınır.
Xatırladaq ki, fevralın 11-də ABŞ Dövlət Departamenti də ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı Azərbaycana çağırış edib.
Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir.
Bu gün - 19 fevral onun aclıq aksiyasının 41-ci günüdür.
Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.
İctimai fəal fevralın 16-dan sudan da imtina etdiyini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...