Cahit Bağçı: "Bu günədək Azərbaycandan Türkiyəyə 100-ə yaxın konteyner göndərilib"

Cahit Bağçı: "Bu günədək Azərbaycandan Türkiyəyə 100-ə yaxın konteyner göndərilib"
"Bu günədək Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycandan Türkiyəyə 100 konteynerə yaxın humanitar yardım göndərilib".

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə humanitar yardımın yolasalma mərasimində çıxışı zamanı deyib.

O, həmin konteynerlərin müəyyən bir yerdə toplanması üçün işlər həyata keçirdiklərini bildirib:

"Ötən gündən etibarən quru yolla konteynerlərin çatdırılmasına başlanılıb. Artıq planlamaya başlamışıq. Türkiyəyə yardım çatdıran konteynerlər bir yerdə yığılacaq. Bəzilərinin dəmiryolu ilə göndərilməsi üçün də işlər aparılır. Bəzilərinin zəmin hissəsi dəmiryolu ilə daşınmasına imkan verməyə bilər. Amma qatarla daşınması mümkün olanların Qarsa qədər daşınmasına çalışırıq".




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...