"Bəxtiyar Hacıyev tanınmaz vəziyyətdədir, hər an faciə baş verə bilər"
“Qısa olaraq, Bəxtiyar tanınmaz vəziyyətdədir. Hər an faciə baş verə bilər”.
Yeniavaz.com xəbər verir ki, bunu həbsdə olan ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc feysbuk profilində yazıb.
O digər paylaşımında bildirib ki, B.Hacıyev iki dəfə huşunu itirərək yıxılıb:
“Bəxtiyar Hacıyev bütün gün qanının düşməsi səbəbi ilə üşüyür, gözləri artıq toran görür və qaralmağa başlayıb. İki dəfə hüşünü itirərək yıxılıb, başının yerə dəyməsi adi təsadüf nəticəsində baş verməyib. Bədən hərarəti aşağı düşüb. Tibbi xidmətə saat 18-dən sonra çatdırılmada problemlər yaşanır. Adi hüşünü itirib yıxılsa, dərhal tibbi müdaxilə edilmə ehtimalı axşam saatlarında çətindir. Nitqində bəzən kəsilmələr, fikir qopmaları olur, psixoliji cəhətdən çox gərgindir.
Bir yandan da Türkiyədə baş verənlər onun durumuna ciddi təsir edib. Təəssüf edir ki, onu cəmiyyətdən təcrid edilməsi onun qardaş ölkədə baş verən zəlzələ ilə bağlı könüllü yardım kampaniyası başlamasına əngəl olub, buna hədsiz çox üzülür, əsəbləşir”.
Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Bu gün -10 fevral onun aclıq aksiyasının 32-ci günüdür.
456 dəfə oxundu