AZAL biletləri ucuzlaşdıracaq- RƏSMİ AÇIQLAMA

AZAL biletləri ucuzlaşdıracaq-


Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan Respublikasının hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırmışdır.

30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınmışdır. Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1155 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...