Nazim Süleymanov Azərbaycan xalqından üzr istədi

Nazim Süleymanov Azərbaycan xalqından üzr istədi


Oyunla bağlı çox söz demək olmaz. Çünki pis oynadıq. Nəticə də bunu göstərir.

Axar.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov deyib. Təcrübəli çalışdırıcı Ukraynaya 0:4 hesablı məğlubiyyətə görə futbolçular və öz adından xalqdan üzr istəyib:

“Bu cür oyunla mərhələ adlamaq çətin olacaq, amma tələsməyək. Qarşıda 2 oyunumuz var. Əlimizdə olan heyətlə nəyisə dəyişməyə çalışacağıq. Necə qollar buraxdığımızı gördünüz. Oyunda nizam-intizam itdi, hamı topu götürüb qabağa qaçır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1186 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...