“TANAP ucuz başa gələcək“ - Rövnəq Abdullayev

“TANAP ucuz başa gələcək“ -


Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinə çəkilən xərclər proqnoz göstəricidən 20-25 faiz azalıb. Bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda TANAP-ın tikintisi öz axarı ilə davam edir: `Çox gözəl tender nəticələrimiz olub. Bu da imkan verir ki, layihəyə daha az vəsait xərclənsin`. R. Abdullayev həmçinin Misirdə keçirdiyi görüşlər barədə də danışıb: `Misir bazarı böyük bazardır. Biz bir neçə ildir ki, bu ölkəni xam neft və neft məhsulları ilə təmin edirik. Artıq 1 milyon tondan çox məhsul göndərilib. Əməkdaşlığımız daha yüksək səviyyəyə çıxıb. Daha böyük layihələr müzakirə olunub. Keçirdiyimiz görüşlər zamanı Misir zavodlarında, o cümlədən emal prosesində bizim iştirakımız müzakirə olunub. Bundan başqa, tollinq payların alınması da müzakirə olunub`.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1207 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...