İki icra başçısı cəbhə bölgəsində - əsgərlər yemək yedi - FOTOLAR
Noyabrın 7-də Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Tərtər rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə olmuşlar. Qonaqlar əvvəlcə ön xətdə xidmət edən əsgər və zabitlərimizin vəziyyəti, yataq, yemək şəraitləri ilə tanış olmuş, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə etmişlər. Hər iki rayonun icra hakimiyyətinin başçıları Asif Əsgərov və Müstəqim Məmmədov düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini “9 noyabr-Dövlət Bayrağı günü” münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamış, onlarla qürur duyduqlarını bildirmişlər.
Azərbaycan ordusunun günü-gündən gücləndiyini və ali baş komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını əminliklə ifadə etmişlər. Bayram münasibəti ilə hərbçilərə bayram sovqatları və hədiyyələr paylanmış, rayon rəhbərləri əsgərlərlə birgə nahar süfrəsi arxasında əyləşmişlər. Sonra tanınmış mədəniyyət və incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı olmuşdur.
1582 dəfə oxundu