İstanbul-İrəvan reysi ləğv edilir

İstanbul-İrəvan reysi ləğv edilir

"Türkiyə 24 aprel tarixində İstanbuldan İrəvana nəzərdə tutulmuş aviareysi ləğv edib".

ANS PRESS-in məlumatına görə, bunu Ermənistan hökuməti yanında Mülkü Aviasiya Baş İdarəsinin mətbuat katibi Ruben Qrdzelyan deyib.

O bildirib ki, Türkiyədəki bəzi ictimai təşkilatlarının nümayəndələri 24 apreldə İrəvana çarter reysiylə gəlmək istəyirdilər.

Mülkü Aviasiya Baş İdarəsinin rəsmisi bu addımı qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı keçirilən mərasimlə əlaqələndirib.

Qeyd edək ki, İstanbuldan İrəvana həftədə 4 dəfə təyyarə uçuşları həyata keçirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...