Suriyada qadınlara çimərliklərdə burkini geyinmək tövsiyə edilib

Suriyada qadınlara çimərliklərdə burkini geyinmək tövsiyə edilib
Suriyanın yeni hakimiyyəti qadınların ictimai çimərliklərdə və hovuzlarda burkini, yaxud bədəni örtən başqa çimərlik kostyumlarından istifadəsinə dair qərar qəbul edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verir.

Qeyd olunur ki, ictimai məkanlarda bu cür məhdudiyyətlərə baxmayaraq, hakimiyyət özəl klublarda və bahalı otellərdə qərb üslubunda çimərlik geyimlərinin geyinilməsinə icazə verir.

Bu həftə turizm nazirliyi tərəfindən qəbul edilmiş qərar, ölkənin keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra Dəməşq hakimiyyətinin qadınların nə geyinə biləcəyi ilə bağlı "tövsiyələr" verdiyi ilk hal olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
84 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...