Turizm Agentliyinin tender müsabiqəsi ləğv olundu

Turizm Agentliyinin tender müsabiqəsi ləğv olundu
Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1.-ci maddəsi göstərilib.
Qanunun qeyd olunan maddəsində göstərilir ki, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda müsabiqə ləğv olunur.
Qeyd edək ki, tenderin keçirilməsində məqsəd 184 səhifəlik (60 000 söz) sənədin ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi və redaktə olunması olub.
Onu da bildirək ki, Dövlət Turizm Agentliyi bu iş üçün 4 min 436 manat 80 qəpik xərcləməyi nəzərdə tutub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
88 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...