Sabirabadlı məmur Əhmədağa İbrahov bizneslə məşğuldur?

Sabirabadlı məmur Əhmədağa İbrahov bizneslə məşğuldur?
Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi Sabirabadın Beşdəli kəndində 200 hektara yaxın torpaq sahəsi əkib.

Azərbaycanda fəaliyyət göstərən əksər məmurların bizneslə məşğul olması heç kimə sirr deyil. Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan məmurların sahib olduqları yüz min, bəzən isə milyonlarla ölçülən obyektlərin hansı vəsaitlə əldə etməkləri ölkə ictimaiyyətini həmişə düşündürüb. Qanunal məmurun biznes fəaliyyəti qadağan olunmasına axmayaraq, bir çox məmurlar bu qadağanı heçə sayaraq biznes və digər gəlir sahələri ilə açıqşəkildə məşğul olurlar. Belə məmurlardan biri də Dövlət Su Ehtiyatları Agentliyinin Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi Əhmədağa İbrahimovdur.

Əldə etdiyimiz məlumata görə Əhmədağa İbrahimov Sabirabad rayon Beşdəli kəndində 200 hekatara yaxın torpaq sahəsi əkib. Biznes fəaliyyəti ilə bərabər əkinçiliyə başlayan Əhmədağa İbrahimov bu sahəni də inkşaf etdirmək istəyir.

Bildirək ki, Əhmədağa İbrahimovun Şirvan və Sabirabad rayonlarında xeyli sayda obyektlərinin olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc olunub.


Gundeminfo.az olaraq qeyd edək ki, Əhmədağa İbrahimov uzun illərdir ki, bu vəzifədədir. Oğlu Vüsal İbrahimov bir müddət əvvəl Sabirabad Meşə Təsərrüfatı İdarəsinnin rəisi vəzzifəsindən məhz yeyinti faktlarına görə uzaqlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...