“ABŞ və Çin ticarət razılaşması barədə razılığa gəldi” – Tramp

  “ABŞ və Çin ticarət razılaşması barədə razılığa gəldi” –
ABŞ və Çin ticarət sazişi bağlamaq barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında məlumatat yayıb.
“Çinlə sövdələşməmiz tamamlandı, Çin sədri Si Cinpin və mənim tərəfimdən yekun təsdiqi gözləyirik”, - Tramp yazıb.
Onun sözlərinə görə, Pekin ABŞ-ni maqnit və nadir torpaq mineralları ilə təmin edəcək, Vaşinqton isə çinli tələbələrə Amerika kollec və universitetlərində təhsil almağa icazə verəcək.
Tramp əlavə edib ki, ABŞ Çindən idxala 55%, Çin isə ABŞ-dən idxala 10% rüsum tətbiq edəcək.
Ağ Ev sözçüsü bildirib ki, Çin üçün yeni tarif dərəcəsi 10% baza tarifi, fentanil alveri ilə bağlı iddialara görə tətbiq edilən 20% tarifi və əvvəllər mövcud tarifləri əhatə edən 25% tarifi ehtiva edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
71 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...