Prokuror Ümit Özdağa 4 il yarım iş verilməsini tələb edir
Türkiyədə prokuror Zəfər Partiyasının sədri Ümit Özdağa 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası istəyib.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, o, “cəmiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə mühakimə olunur.
İclas İstanbul 18-ci Cinayət Məhkəməsində keçirilib.
Qeyd edək ki, Ümit Özdağ bu ilin yanvar ayında saxlanılıb.
“Prezidenti təhqir” ittihamı ilə məhkəməyə verilən və barəsində 4 il 8 aya qədər həbs cəzası istənilən Özdağın işi üzrə ilk iclas aprelin 29-da İstanbul 35-ci Ağır Cəza Məhkəməsində baş tutub.
Bu gün isə partiya sədrinin “cəmiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə cinayət işinin ilk iclası keçirilib.
Uzun müddətdən sonra məhkəmə zalında ilk dəfə kameralar qarşısına çıxan Ümit Özdağ müdafiə çıxışında ictimaiyyəti kin və düşmənçiliyə sövq etmədiyini, təhrik etməkdə günahlandırıldığı Kayseri hadisələrini sakitləşdirmək üçün sosial media platformalarında paylaşımlar etdiyini bildirib.
Bu paylaşımlara görə bir çox trol hesabları tərəfindən hücuma və təhqirlərə məruz qaldığını bildirən Özdağ bütün hərəkətlərinin qanuna uyğun olduğunu deyib.
88 dəfə oxundu