Həştərxanlı analar Azərbaycanın birinci xanımına təşəkkür etdilər
Valideynlər məktub yazdılar. Rusiyanın Həştərxan şəhərində 11 saylı yeni məktəbəqədər təhsil müəssisəsi 60 həştərxanlı uşaq üçün qapılarını açdı. Uşaqların bağçaya qəbulu davam etməkdədir. Oxu.Az “Astraxan FM”ə istinadən xəbər verir ki, burada artıq tərbiyə almağa başlayan uşaqların valideynləri uşaq bağçasının rahat və müasir binasını dəyərləndirərək, Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür məktubu yazıblar.
““Drujba” uşaq bağçası fondun birbaşa dəstəyi ilə tikilib. Məktubda analar gözəl və rahat bina, təmiz və ürəkaçan qruplar, həyətdə müasir oyun meydançası üçün təşəkkür ediblər. Bundan başqa valideynlər uşaqların asudə vaxtının səmərəli keçirmək imkanı yaradan planlardan danışıblar. Analar və atalar əsasən bayram tədbirlərinin, ailəvi pikniklərin və idman viktorinalarının keçirilməsini planlayırlar. Və əlbəttə ki, uşaq bağçasında Fəxri qonaq qismində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı gözləyirlər”, – saytın materialında qeyd edilib.
1160 dəfə oxundu