“Azərbaycan Kredit Bankı”nın əmanətçilərinə əmanətlərin verilməsi prosesinə başlanılıb

“Azərbaycan Kredit Bankı”nın əmanətçilərinə əmanətlərin verilməsi prosesinə başlanılıb


Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv edilmiş və ləğvetmə prosesində olan “Azərbaycan Kredit Bankı”ASC-nin əmanətçilərinə əmanətlərin verilməsi prosesinə başlanılıb.

Bankın ləğvedicisi “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu “APA-Economics”ə bildirib ki, əmanətlərin böyük bir hissəsi əmanətçilərə qaytarılıb: “Hazırda qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilir, prosessual hərəkətlər edilir. İstər əmanətçilərin, istərsə də kreditorların heç bir problemi yoxdur. Bu bankın ləğvetmə prosesində olması hər hansı bir narahatlığa səbəb ola bilməz. Bizim narazı heç bir əmanətçimiz yoxdur. Artıq əmanətlərin böyük bir hissəsi qaytarılıb. Ödənilməyən bir neçə əmanətçi qalıb. Hələlik ödənilməyən əmanətlər bu və ya digər səbəbdən həmin əmanətçinin müraciət etməməsi ilə bağlıdır”.

N.Yusifoğlu əlavə edib ki, “Azərbaycan Kredit Bankı” ASC-nin məcburi ləğv edilməsi və bankın ləğvedicisi qismində “Azerbaijan İnternational Consultinq Company” MMC-nin təyin edilməsi ilə bağlı elanın rəsmi mətbuatda dərc olunduğu gündən 90 gün ərzində banka qarşı hər hansı bir tələbi olan istənilən şəxs müraciət edə bilər. Ləğvedici şirkətin direktoru vurğulayıb ki, Azərbaycan Kredit Bankının bütün əmanətçilər öz pullarını ala biləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1245 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...