İpoteka kreditləşməsi azalmaqda davam edir

İpoteka kreditləşməsi azalmaqda davam edir


I yarımildə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi azalıb. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 1 iyul üçün bu göstərici 56,5 mln manat təşkil edib (ötən ilin eyni dövrü ilə müqayisədə mənfi 4,2 mln və ya 6,9%).

AMB-nin məlumatına görə, AİF yanvar-iyunda 37,8 mln. manat (azalma 33,2%) məbləğində krediti yenidən maliyyələşdirib.
Hesabat dövründə AİF sosial ipotekanı maliyyələşdirmək üçün dövlət büdcəsindən 23,9 mln manat məbləğində vəsait alıb. AİF 2006-cı ilin martından ipoteka kreditləri verməyə başlayıb. AİF kreditləri 30 agent bank vasitəsilə ayırır. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1192 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...