Nazir: "Azıx mağarası ətrafında məntiqə sığmayan proseslər gedir"

Nazir: "Azıx mağarası ətrafında məntiqə sığmayan proseslər gedir"


"Azıx mağarası ətrafında heç bir məntiqə sığmayan proseslər gedir".

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qobustan Milli Tarix Qoruğunun yaradılmasının 50 illik yubileyində deyib. Nazir bildirib ki, Azərbaycan alimləri yenidən həmin məkanı tədqiq etməyə imkan tapacaqlar:

"Azərbaycanda dövlət tərəfindən təsis olunan çoxlu qoruq var. Bura həm təbii, həm də tarixi mədəni qoruqlar aiddir. Bölgələrə səfər edəndə orada hansısa arxeoloji qazıntıların aparılmasının şahidi oluram. Həmin tədqiqatları aparan arxeoloqların fəaliyyətini yüksək qiymətləndirirəm.

Abşerondan tutmuş, Naxçıvanın Gəmiqayasına qədər hara səfər edilərsə, orada bizim abidələrimiz var. Bu tarixi abidələr sözün əsl mənasında Azərbaycanın nə qədər böyük tarixə malik olduğunu sübut edir. Əfsus ki, bu gün işğal səbəbindən Azıx mağarası əlçatan deyil. Çünki orada bizim xoşumuza gəlməyən və heç bir məntiqə sığmayan proseslər gedir".

Nazir təəssüf hissi ilə qeyd edib ki, bəzən qoruqlarda xoşa gəlməyən faktlar aşkarlanır: "Qoruqlarda bəzən məsuliyyətsiz hərəkətlərə rast gəlinir. Ona görə də nazirliyin xüsusi istiqaməti kimi qoruqlarda tamamilə yeni idarəetmə sistemi formalaşmalıdır. Qoruqlar öz qapılarını xalqın, gənclərin üzünə açmalıdır. Oraya gələn insanlara Azərbaycanı ətraflı tanıtmalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
991 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...