Cəmil Quliyev: "İTV Ermənistanın "Eurovision"dan kənarlaşdırılmasını tələb edib"

Cəmil Quliyev: "İTV Ermənistanın "Eurovision"dan kənarlaşdırılmasını tələb edib"


“Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision 2016” Mahnı Müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatı üzündən Avropa Yayım Birliyinə və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə müraciət edib”.

Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri Cəmil Quliyev deyib.

C. Quliyev bildirib ki, Ermənistan beynəlxalq hüquqa zidd hərəkət etdiyi üçün sərt şəkildə cəzalandırılmalıdır: “İTV rəhbərliyi Avropa Yayım Birliyindən və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyindən tələb edib ki, Ermənistan nümayəndə heyəti beynəlxalq hüquqa zidd hərəkətə görə sərt şəkildə cəzalandırılsın. Bu isə Ermənistanı təmsil edən İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəkilində ola bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
920 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...