Ordumuz iki ermənini zərərsizləşdirdi - Təfsilat
İki gün öncə cəbhə xəttində ölən erməni əsgərlərinin məhv edilməsi ilə bağlı təfərrüat ortaya çıxıb. Virtualaz.org “Qraparak” qəzetinə istinadla xəbər verib ki, iki erməni hərbçi Azərbaycan ordusunun endirdiyi minomyot zərbəsi nəticəsində məhv edilib. Belə ki, zərbədən Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki mövqelərindən birində blindaj əsgərlərin başına uçub və Koryun Arutünyan və İqor Akopyan ölüb.
Akopyan Ermənistanın Geqarkunik vilayətinin Getaşen kəndindəndir. Kənd administrasiyasının rəhbəri Rubik Qukasyan bildirib ki, 19 yaşlı Akopyan mayın 3-də ölüb. Müdafiə Nazirliyi əsgərin “blindajın uçması nəticəsində öldüyünü” valideyinlərinə çatdırıb.
Blindajda ölən digər əsgər, 19 yaşlı Koryun Arutünyan isə Geqarkunik vilayətinin Qeqamsar kəndindən hərbi xidmətə çağırılıb, Azərbaycanın işğal altındakı ərazilərinə göndərilib. Kənddə danışırlar ki, blindaj Azərbaycan ordusunun endirdiyi zərbə nəticəsində uçub, bu vaxt blindajda 4 əsgər olub. Onlardan qalan ikisi yaralanıb.
Mayın 4-də isə Ermənistanın İstintaq Komitəsi insident barədə aşağıdakı qısa məlumatı yayıb: “Mayın 3-də, gecə yarısına yaxın N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçular İqor Akopyanın və Koryun Arutünyanın cəsədləri tapılıb. Vizual baxış zamanı onların cəsədi üzərində güllə, qəlpə yaraları, zorakılıq əlamətləri aşkar edilməyib. İnsidentlə bağlı təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir”.
992 dəfə oxundu