"Ermənistan deyir ki, gəlin, müharibə edək" - Deputat
Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanısa, sonu yaxşı olmayacaq. Bunu AzVision.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsinin Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunmasına münasibət bildirərkən deyib.
“İrəvan “DQR”-nı tanısa, bu o deməkdir ki, danışığa ehtiyac yoxdur və gəlin, müharibə edək. Bu qərarın hüquqi qiyməti sıfıra bərabərdir və heç bir hüquqi qüvvəsi yoxdur. Ermənistan özünü qeyri-konstruktiv tərəf kimi təqdim etməklə danışıqları pozur və bütün məsuliyyət bu ölkənin onun boynunda olacaq. Azərbaycan isə öz torpaqlarını düşməndən azad etmək səlahiyyətini hər zaman özündə saxlayıb”.
Qeyd edək ki, bu gün Ermənistan hökuməti “DQR”in tanınması haqqında qanun layihəsini parlamentə göndərib. Bundan əlavə Ermənistan hökuməti qondarma “DQR”-ın tanınması haqqında qanun layihəsinə rəy verib. Rəydə vurğulanıb ki, qanun layihəsinin qəbulu “DQR” ilə Ermənistan arasındakı müzakirələrin nəticələrindən asılıdır. Həmin qanun layihəsinin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.
842 dəfə oxundu