Azərbaycanda daha üç QHT-in hesabına qoyulmuş həbs götürülüb

Azərbaycanda daha üç QHT-in hesabına qoyulmuş həbs götürülüb


“Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasına daxil olan daha üç QHT-nin bank hesabına qoyulmuş həbs götürülüb.

APA-nın məlumatına görə, bu barədə "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT-in toplantısında bildirib. O qeyd edib ki, koalisiyaya cəmi 137 QHT daxildir. Onlardan 8-nin bank hesabına həbs qoyulmuşdu. "Əvvəl 5, dünən isə qalan 3 QHT-nin bank hesabına qoyulmuş həbs götürülüb", - deyə Ə. Nuriyev bildirib. O əlavə edib ki, QHT-lərdən müsadirə olunmuş avadanlıqların da əksəriyyəti qaytarılıb: "Bəzi sənədlər qalır ki, onlar da yaxın vaxtlarda qaytarılacaq. QHT sədrlərinin ölkədən çıxışında da hər hansı problem yoxdur, onlar gömrük-keçid məntəqələrində əvvəlki kimi ciddi yoxlanılmayacaqlar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
970 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...