İşğaldan azad olunmuş Lələ təpə yüksəkliyi - FOTOLAR
Azərbaycan Xarici işlər Nazirliyi bu gün bir sıra xarici KİV-ləri təmsil edən 30-a yaxın jurnalistin cəbhəyanı zonaya səfərini təşkil edib.
Modern.az xəbər verir ki, KİV nümayəndələri cəbhə bölgəsində Ermənistan Silahlı Qüvvələrinin intensiv artilleriiya atəşləri altında yerləşən yaşayış məntəqələrində müşahidələr aparıblar. Füzuli rayonunda olan xarici jurnalistlər rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüblər. Daha sonra Azərbaycan hərbçilərinin müşayiət ilə jurnalistlər cəbhə bölgəsinin ön xəttini müşahidə ediblər. Onlara Azərbaycan Ordusunun nəzarətinə keçmiş Lələ təpə yüksəkliyini kənardan müşahidə etməyə şərait yaradılıb. Qeyd edək ki, Azərbaycan ordusu Lələ təpəni azad edəndən sonra yüksəkliyə üçrənli bayrağımız sancılıb.
Jurnalistlər arasında Rusiyanın "Pervıy kanal", "Komsomolskaya pravda" qəzeti, "İnterfaks" agentliyi, "Al Jazeera"nın Moskva nümayəndəliyi, İran dövlət telekanalı, Çinin CCTV telekanalı, "Reuters", "France-Presse", "Associated Press" informasiya agentliklərinin və digər KİV nümayəndələri var.
1669 dəfə oxundu