Dollar bu gün neçəyədir?

Dollar bu gün neçəyədir?


Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyutaların aprelin 6-na olan rəsmi məzənnələrini açıqlayıb. AMB-dən ANS PRESS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi aprelin 6-na 1.5165 manat səviyyəsində müəyyən edilib. ABŞ valyutasının qiyməti son iki gündə dəyişilməz qalıb.

Dollar ötən həftəni 1.5238 manatla başa vurmuşdu. ABŞ valyutasının aprelin 4-nə olan məzənnəsi Azərbaycan manatı üzən məzənnəyə keçdikdən sonra - ötən ilin dekabrından ən aşağı səviyyəyə düşmüşdü. Lakin ayın 5-də cüzi bahalaşma müşahidə edilib. Avrozonanın vahid valyutası olan avro da ucuzlaşıb - 1.7246 manat. Rusiya rublu isə 0.0221 manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
915 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...