“Turizmə maneçilik və süni əngəllər olmasa..." - nazir müavini

“Turizmə maneçilik və süni əngəllər olmasa..." -


“Turizmə maneçilik və süni əngəllər olmasa, bu sektor inkişaf edər. Təəssüflər olsun ki, bizdə hələ də bu maneələr var. Bu süni əngəllərin qarşısını almaq üçün bizim imkanımız və gücümüz çatmır. Bu, bizdən asılı deyil”. AzVision.az xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib. “Problemlərin və indiyə kimi deyilməyən əngəllərin müzakirəsi təqdirəlayiqdir. Bu formatdan istifadə edib, digər şəxsləri cəlb etməklə turizm problemləri üzrə ictimai platforma yaradılmasını təklif edirəm. Hər il 2-3 dəfə görüşək və biz dövlət qulluqçusu olaraq deyə bilmədiyimiz məsələləri bu formatda müzakirə edək”.

Nazir, həmçinin müavini qeyd edib ki, Azərbaycan turizm qanunvericiliyinin yenilənməsində 12 il gecikib: “Dünya təcrübəsindən görürük ki, turizm dəyişən və sürətli sahədir ki, turizm haqqında qanun 5-7 ildən artıq aktual qalmır. Nəzərə alsaq ki, bizim əvvəlki qanunun qəbulundan 17 il vaxt keçir və onun hazırlanmasına 2 il də əlavə lazım oldu. Bu baxımdan deyə bilərik ki, 12 il gecikmişik”.

N.Səmədov vurğulayıb ki, devalvasiyadan sonra ölkədən gedən turistlərin sayının azalması bizi sevindirir: “Çünki artıq turistlər pullarını öz ölkəmizdə xərcləyirlər. Amma nəzərə almaq lazımdır ki, bizim turizm 85-90 faiz ölkədən getmə və sadəcə olaraq 15 faiz gəlmə turizminin üstündə qurulub. Bu da ona gətirib çıxartdı ki, turizm şirkətləri artıq devalvasiyadan sonra öz marketinq siyasətlərində ölkədən getmək yox, gəlmək turizmi ilə məşğul olmağa başladılar. Bu, bizi sevindirir. Bütün turizm şirkətləri bu taktikanı edə bilmədi və əksəriyyəti bağlandı. Biz bu reallıqları nəzərə almalıyıq. Bizim əsas məqsədimiz yaranmış bu böyük uçurumu, fərqi aradan qaldırmaq və əcnəbi turistləri ölkəyə cəlb etməkdir. Biz bu reallıqları nəzərə almalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
938 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...