SOCAR həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə əlavə 5.000 manat yardım ayırdı

SOCAR həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə əlavə 5.000 manat yardım ayırdı


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə beş min manat məbləğində birdəfəlik maddi yardım ayırıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15 000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə Dövlət Neft Şirkəti də işçilərin ailələrinə birdəfəlik maddi yardım ayırıb.

Şirkətin prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5 000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...