Gizli yol polisləri kimə lazım idi?

Gizli yol polisləri kimə lazım idi?


Yollarda gizli patrul xidməti fəaliyyətə başlayandan sonra yol qəzalarının sayında azalma müşahidə olunur. Bunu AzVision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. DYP rəsmisi qeyd edib ki, son günlər qəzalarda ölüm sayı bir qədər azalıb.

Gizli patruxl xidməti ilə cərimələnən sürücülərin sayına gəlincə, K.Əliyev bildirib ki, onların cərimələnməsi ayrıca hesablanmır: “Bütün qayda pozuntuları mərkəzi informasiya sisteminə ötürüldüyü üçün bunların hamısı ümumi qayda pozmalarla birlikdə qeydə alınır. Bunu yalnız ayın sonunda demək mümkün olacaq”. Qeyd edək ki, dekabr ayının əvvəlindən ölkəmizdə yol polisinin gizli xidməti işə başlayıb. Ümumiyyətlə gizli yol polis xidməti dünya təcrübəsində də var. Hətta bu yaxınlarda Rusiyada da bu xidmət fəaliyyətə başlayıb.

Xatırladaq ki, bu ilin 11 ayı ərzində respublikanın avtomobil yollarında 2033 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalarda 816 nəfər həlak olub, 2069 nəfər xəsarət alıb. Bu müddət ərzində 837 qəza piyadaların vurulması nəticəsində baş verib. Nəticədə 302 piyada ölüb, 612 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1117 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...