VİP Həcc ziyarəti üçün ayrılan yerlər dolmaq üzrədir

VİP Həcc ziyarəti üçün ayrılan yerlər dolmaq üzrədir


Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərdən VİP ziyarət üçün nəzərdə tutulan yerlər dolmaq üzrədir. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, VİP ziyarət yeri üçün ayrılan 750 yerdən cəmi 200 yer qalıb. Nisbətən zəif şəraitli ziyarət növü üçün ayrılan 750 yer üçünsə 300-ü dolub.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...