Əkrəm Əylisliyə Bakını tərk etmək qadağan olundu

Əkrəm Əylisliyə Bakını tərk etmək qadağan olundu

Yazıçı Əkrəm Əylislinin barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib. Bu barədə virtualaz.org saytına Əkrəm Əylislinin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, Əkrəm Əylislinin barəsində istintaq orqanı tərəfindən başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib. Onun sözlərinə görə, istintaq dövründə yazıçı Bakı şəhərindən kənara çıxa bilməz.

Qeyd edək ki, Əkrəm Əylisinin barəsində cinayət işinin istintaqını Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsi aparır. Yazıçı barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 1981-ci il təvəllüdlü Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Əkrəm Əylisli aprelin 6-da istintaqa verdiyi ifadəsində ittihamları qəbul etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...