QHT-lərin bank hesablarından həbs qərarı götürülür

QHT-lərin bank hesablarından həbs qərarı götürülür


Baş Prokurorluq Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının (QHT) və onların rəhbərlərinin bank hesabları üzərindən qadağanın götürülməsi üçün məhkəmələrə təqdimat göndərib

Bu barədə "Report"a "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev bildirib.

O deyib ki, məhkəmələr bununla bağlı qərarlar verərək bankalara göndərirlər: "QHT-lərin və onların rəhbərlərinin hesabları bankların müxtəlif filiallarında olduğu üçün bəzi ləngimələr olur. Burada müəyyən müddət lazımdır. Hər bir məhkəməyə təqdimat göndərilib. Yəni, məhkəmə qərar qəbul etdikdən sonra banklara təqdim edir. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına üzv olan təşkilatların və onların rəhbərlərinin şəxsi hesabları bağlı idi. Üzv olan səkkiz təşkilatdan üçünün hesabından qadağa götürülüb, sonrakı mərhələdə də beş təşkilatın bank hesabı üzərindəki qadağa götürüləcək".

Ə.Nuriyev qeyd edib ki, məsələ bu həftə ərzində tamamilə həllini tapacaq: "Həmin təşkilatların nümayəndələri hər hansı problemlə qarşılaşarlarsa, mənə müraciət edə bilərlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
958 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...