Bu gün 2 min adam qan varib - Orduya dəstək üçün

Bu gün 2 min adam qan varib -


“İnsanlar kütləvi şəkildə cəbhə üçün qan verirlər”. GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva Lent.az-a açıqlamasında deyib.

P. Hacıyevanın sözlərinə görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gedən döyüşlər barədə xəbərlər yayıldıqca, vətəndaşlar cəbhə üçün əllərindən gələn yardımı etməyə çalışırlar: “ İnsanlar cəbhədə yaralanan əsgərlərimizə yardım etmək istəklərini qan verərək nümayiş etdirirlər. Hazırda vətəndaşların qan vermək üçün Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı və onun bölmələrinə kütləvi şəkildə axını müşahidə olunur. Artıq bir neçə gündür ki, qan vermək istəyən insanların ardı-arası kəsilmir. Təkcə bu gün ərzində Respublika üzrə 2000 nəfər insan qanvermə aksiyasında iştirak edib. Son günlər toplanan qan komponentlərə ayrılaraq cəbhə bölgəsində yerləşən xəstəxana və hospitallara göndərilib. Hazırda Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı var”.

P.Hacıyeva Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankı adından donorluq edən hər bir vətəndaşa minnətdarlığını bildirərək deyib ki, onların verdikləri hər damla qan cəbhədə yaralanan hərbçilərimizin həyatda qalması üçün mühüm amil olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
969 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...