"Nar" intellektual bilik yarışının baş sponsoru olub

"Nar" intellektual bilik yarışının baş sponsoru olub


Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürən mobil operator bu il də məşhur bilik yarışının baş sponsoru olub.

Mobil operatordan verilən məlumata görə, mart ayının 27-də “Brain Ring” intellektual bilik yarışlarının növbəti – VII mövsümü start götürüb.

“Nar” operatorunun dəstək verdiyi bu ilki yarışların I mərhələsi 16 hissədən ibarət olacaq. “Brain Ring 2016” bilik yarışlarında respublikanın 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. İyul ayının 10-dək davam edəcək yarışların I mərhələsi hər həftənin bazar günü saat 19:00-da AzTV vasitəsilə yayımlanır.

Qeyd edək ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirmək qərarına gəliblər. Belə ki, verilişin yayımı zamanı aparıcı tərəfindən tamaşaçılar üçün səsləndirilən suala “Twitter” hesabında “@salam_nar” həştəqi vasitəsilə ən tez cavab verənlər xüsusi hədiyyələr qazanacaqlar. Suallara tez və dolğun cavab vermiş tamaşaçıya “Nar” tərəfindən 4G-modem və 1 aylıq yüksəksürətli internet hədiyyə ediləcək. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
836 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...