“Qalatasaray-Fənərbaxça” derbisindən öncə stadionda terror həyəcanı...

“Qalatasaray-Fənərbaxça” derbisindən öncə stadionda terror həyəcanı...


Türkiyə Super Liqasında bu axşam “Qalatasaray" və "Fənərbaxça” klubları arasında oynanılacaq derbi matçından əvvəl xüsusi öyrədilmiş itlərlə bomba axtarışı aparılıb.

Musavat.com xəbər verir ki, son dönəmlərdə artan təhdidlərin və son olaraq, Taksimdə törədilən bombalı terrorun ardından bu axşamkı derbi üçün də təhlükəsizlik tədbirləri artırılıb.

Xəbər verilir ki, matçın keçiriləcəyi stadionun girişinə əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib.

Bakı vaxtilə saat 22:00-da başlayacaq matçdan öncə azarkeşlər stadiona alınınarkən onların üzərlərində diqqətlə axtarış aparılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
954 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...