Qorbaçov Baş Prokurorluğa verildi

Qorbaçov Baş Prokurorluğa verildi


Rusiya Kommunistləri Partiyası SSRİ-nin son prezidenti Mixail Qorbaçovun vətənə xəyanətdə ittiham olunması üçün Baş Prokurorluğa müraciət edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında partiyanın sədri Maksim Suraykin söyləyib. Onun sözlərinə görə, Qorbaçov 1991-ci ilin martında SSRİ-də keçirilən referendumda xalqın istəyini nəzərə almamaqda günahlandırılır. Partiya həmçinin onun əmlakının dövlətin xeyrinə mənimsənilməsini də istəyir.

Qeyd edək ki, 1991-ci il martın 17-də SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirilib. Referendumda əhalinin 77%-i SSRİ-nin saxlanılmasına səs verib. Rəsmi rəqəmlərə görə Azərbaycan əhalisinin 93%-i bu təklifi dəstəkləyib. Lakin sonradan müxalif siyasətçilər keçirilən referendumun saxtakarlıqla dolu olduğunu və həqiqəti əks etdirmədiyini bəyan ediblər.

Rusiya Kommunistləri Partiyası 2012-ci ildə yaradılıb. Partiyanın əsas ideologiyası marksizm–leninizmdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1026 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...