"Azərbaycanda “Orfoqrafiya lüğəti” prinsiplərə uyğun tərtib olunmayıb”

"Azərbaycanda “Orfoqrafiya lüğəti” prinsiplərə uyğun tərtib olunmayıb”


“Orfoqrafiya lüğəti” “ab” sözü ilə başlaya, “aba”, “abadan” sözləri ilə davam edə bilməz. Dilimizdə “ab” sözü olsaydı, lüğət bu sözlə başalaya bilərdi. Lüğət “Orfoqrafiya lüğəti” prinsiplərinə uyğun tərtib olunmayıb”.

APA-nın məlumatına görə, bunu AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov Tərcümə Mərəzinin Elmi-Bədii Şurasının iclasında deyib. Onun sözlərinə görə, lüğətlə bağlı müzakirələr aparılmalıdır: “Bizdə belə bir şey var: nəyisə müzakirə edəndə, mətləbi qoyuruq bir kənara, başlayırıq ki, mən ömrümü bu işi tədqiq etməyə həsr eləmişəm. Yaxşı eləmisən, çox sağ ol, amma hər bir işin öz qanunauyğunluğu, prinsipi var. Bizdə orfoqrafiya qaydaları ötən əsrin 50-ci illərində müzakirə olunmağa başlandı. 1958-ci ildə ilk “Orfoqrafiya lüğətimiz” çıxdı. Bu lüğət öz dövr üçün müasir kitab idi. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında tərtib edilmiş o lüğətdə 40 min söz var idi. Sonra 60 min, daha sonra 80 min sözdən ibarət lüğətlər tərtib edildi. Sonra özlərin sayı 100 mini ötdü. Mən o sözlərin hamısının dilin yaratdığı yeni sözlər olduğuna inanmıram. Burda prinsip nə oldu: bir az qondarma, bir az dialekt sözlər əlavə olundu və hallanma artırıldı. Hallanma, ümumiyyətlə "Orfoqrafiya lüğəti"ndə olmamalıdır. Dünyanın hansı lüğətini açırsınız-açın, orda belə şey yoxdu. “Abad, “abadlaşmaq», «abadanlaşmaq”, “abadanlaşdırmaq” və sair və ilaxır. Bütün sözləri hallandırsaq, 100 min yox, bir milyon söz əmələ gələcək”.

N Cəfərov əlavə edib ki, lazımsız sözlərin hamısı lüğətdən çıxarılmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...