93 yaşlnda diplomunu aldı

93 yaşlnda diplomunu aldı


Ohayodan olan 93 yaşlı qadın 1942-ci ildə evli olduğuna görə ala bilmədiyi orta məktəb diplomunu ala bilib. Onun məktəbli olduğu dövrdəki qaydalara görə evli tələbələr məktəbdən çıxarılırdı.

Dorothy Liggett-in Akron Şimal Orta Məktəbini bitirməsinə bir neçə həftə qalmış təhsil rəsmiləri onun ərdə olduğunu aşkar ediblər. "Akron Beacon Journal"ın verdiyi xəbərə görə Akron Dövlət Məktəblərinin Nəzarətçisi David James çərşənbə günü sürpriz mərasim təşkil edərək diplomu Liggett-ə şəxsən təqdim edib.

Liggetttin qızı Janice Larkin Jamesə anası barədə yazıbmış. James deyir ki, o, məktubu oxuduqdan sonra nə baş verdiyini araşdırıb. "Mən illər əvvəl xanım Ligettə qarşı göstərilmiş bu münasibətə görə özümü çox pis hiss etdim və istədim ki, biz bunun əvəzini çıxmaq üçün əlimizdən gələni edək. ...13 ilini məktəbə verəsən, yaxşı şagird olasan, axırda da diplomunu almayasan - bu sadəcə olaraq düzgün deyil," deyə James vurğulayıb.

Ligettin mərhum həyat yoldaşı John Huston II Dünya Müharibəsi zamanı ABŞ ordusunun Hava Korpusuna çağırılıb. Bundan sonra Ligett və Huston evlənmək üçün birlikdə Kenrukkiyə qaçıblar. Həmin vaxt Huston eyni məktəbi iki il əvvəl bitiribmiş. Onlar qərara alıblarmış ki, Liggett məktəbi bitirəndən sonra birlikdə yaşamağa başlasınlar. Ancaq bir gün Liggett idman formasını məktəbə gətirməyi unudur və müəllim onu tədris zalına göndərir. Liggettsə cavabında deyir: "Yox, mən ərdəyəm. Mən evə gedirəm." Bundan sonra məktəb evli şagirdləri çıxarımaq siyasətnə sadiq qalaraq Liggetti uzaqlaşdırır.

Nəzarətçi James deyir ki, Liggettin ad gününün diplomu ona vermək üçün gözəl fürsət olduğunu düşünüblər. "Bəlkə də bu Dorothy üçün bir şərəfdir, ancaq bizim üçün vaxtı keçmiş etirafdır," deyə James bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1040 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...