Azərbaycanda internetə giriş səviyyəsi 76 faizə çatıb - Nazir müavini

Azərbaycanda internetə giriş səviyyəsi 76 faizə çatıb -


Azərbaycanda internetə giriş səviyyəsi 76 faizə çatıb. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "İnternet və insan hüquqları" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda internetə qoşulmaların ümumi sayının təqribən 65 faizi genişzolaqlı internet xidmətlərinin payına düşür: "Azərbaycan ərazisi mobil rabitə ilə tam əhatə olunub. Hazırda Azərbaycanda internetə giriş tam azaddır və provayderlərin fəaliyyəti üçün lisenziya tələb olunmur".

Nazir müavini Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramındakı rolunu qeyd edib və ölkənin Aİ ilə əməkdaşlığa maraq göstərdiyini bildirib: "Nazirlik hazırda "Şərq tərəfdaşlığı" çərçivəsində rəqəmsal bazarlarının harmonizasiyası üzrə strateji təşəbbüsdə iştirak edir və onun respublikada əlaqələndiricisi qismində çıxış edir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1050 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...