Antiinhisar Xidməti Xəzər RİH-i “vurdu” – yarım milyonluq tender

Antiinhisar Xidməti Xəzər RİH-i “vurdu” –
Bu yaxınlarda Xəzər rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yollarda görüləcək asfalt işlərinın satınalınması üzrə tender elan etmişdi.

Dəyəri 595 min manat olan həmin tenderin qalibi belə elan edilmişdi.

Belə ki, son zamanlar Bakı rayonlarında əksər tenderlərin qalibi ofis ləvazimatları və geyim satışı ilə məşğul olan “KONEKS CONSTRUCTİON” MMC idi. Bununla bağlı rəsmi məlumat belə yayılmışdı. Lakin avqustun 31-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti prosesə əl qoyaraq, nəticələri ləğv edib. Xidmət bununla bağlı 27 avqust 2024-cü il tarixli AİBNDX/SQ-7397/2024 saylı Qərar belə qəbul edib. Qərarda isə qeyd edilir ki, tenderdə “Rəqabət Məsəlləsi”nin tələbləri pozulub və inhisarçılıq cəhdləri edilib.

Qeyd edək ki, KONEKS CONSTRUCTİON” MMC-nin tenderlərin maneəsiz qalibi olması məsələsi hələ xeyli müddətdir müzakirə mövzusudur. Bu mövzuda mövcud olan araşdırmalardan belə aydın olur ki, MMC hansısa maraqlar və ya istəklər qarşılığında qalibə çevrilə bilir. Yəni, özünün potensialı bu tenderlərdə qalib olmaq üçün yetərli deyil.

Görünür, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti uzun müşahidələrindən sonra həmin sövdələşmələrdən xəbər tutaraq, bu addımı atıb.
Tribunainfo.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...