Fəaliyyəti olmayan şirkət Cəbrayılda otel tikəcək? – Təfərrüat

Fəaliyyəti olmayan şirkət Cəbrayılda otel tikəcək? –
İşğaldan azad olunan Cəbrayıl rayonu ərazisində yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.

Bu barədə məlumatı İqtisadi Zonaların İnkişafı Agentliyi açıqlayıb.

Məlumatda bildirilir ki, “Xanbulaq” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi nəzərdə tutulur. İnvestisiya dəyəri 7 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı cəmi 4 manat olan “Xanbulaq” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Lənkəran rayonu, Bürcəli kəndində yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Cavid Kazım oğludur. Dövlət Vergi Xidmətinin reyester məlumatlarında “Xanbulaq” MMC-nin qeyri-aktiv vergi ödəyicisi olduğu göstərilir.

Onu da qeyd edək ki, açıq internet resurslarda “Xanbulaq” MMC barəsində heç bir məlumat mövcud deyil.(yeniavaz)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...