Rektoru saxta, diplomu saxta, ünvanı saxta, bəs dövlətə məxsus domen necə alınıb? - Türkiyəyə bağlı "universitet" 4 min nəfəri aldadıb

Rektoru saxta, diplomu saxta, ünvanı saxta, bəs dövlətə məxsus domen necə alınıb? -
Dünyanın 168 ölkəsində 4 minə yaxın tələbəsi olduğunu iddia edən Yeni Pazar Universitetinin, əslində, gerçəkdə heç olmadığı ortaya çıxıb.

Hurriyyet.az xəbər verir ki, bu qondarma universitetə ​​"daxil olanları"n diplomlarının saxta olması üz çıxandan sonra aşkarlanıb.

Məlumata görə, hər tələbədən 2-4 min avro arası təhsil haqqı adıyla pul alan universitetin diplomları kimi, ünvanı, telefon nömrəsi, hətta professor kimi təqdim edilən rektoru belə saxta olub: "Diplomlarının saxta olduğunu anlayan distant təhsili (uzaqdan təhsil) "məzunlar" şikayət etmək istəyərkən aydınlaşıb ki, qondarma universitetin nə kampusu, nə ünvanı var. Hətta professor kimi saytda təqdim olunan rektor Ali İlsevenin əslində orta məktəb məzunu olduğu üzə çıxıb. Məsələnin maraqlı tərəflərindən biri də yalnız dövlətin rəsmi qurumunun icazəsi ilə satılan “edu.tr” domeninn bu qondarma universitetə kimin və necə satmasıdır. Bu fakt artıq Türkiyə YÖK tərəfindən də araşdırılır".

Xəbərdə deyilir ki, Yeni Pazar Universitetinə qarşı başladılan istintaqla başaqa faktlar da aşkarlanıb: "Aydın olub ki, Albaniya, Serbiya və Monteneqroda fəaliyyət göstərdiyi də iddia edilən universitetin rektoru kimi dələduzun biridir. Nə onun, nə də universitetin rəsmi telefonu kimi göstərilən nömrələr də artıq işlək deyil. "Professor, Dr. Ali İlseven" kimi adı qeyd edilən şəxs axtarışa verilib...".

MİA.AZ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...