“Amina & S Group” MMC işçilərin əmək haqqını vermir - ŞİKAYƏT

“Amina & S Group” MMC işçilərin əmək haqqını vermir -
“Amina & S Group” MMC-nin işçiləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət ərizəsi göndərilib. Onlar iddia edirlər ki, may ayından bəri iş vaxtından artıq müddətdə görülən işə görə hesablanan əmək haqqını ala bilmirlər:

“Biz, işçilər, yazaraq xahiş edirik ki, problemimizi işıqlandırasınız.

“Amina & S Group” MMC may ayından bəri işlədiyimiz artıq saatların ödənişini vermir. Sözügedən şirkətin təsisçisi Emin Əhmədov suallarımıza cavab vermir. Müdriyyət sanki yoxa çıxıb, onlardan xəbər yoxdur.

Qeyd edək ki, iş vaxtı 12-14 saat aralığında olurdu. Bəzən də daha çox işləyirdik. Biz sözügedən şirkətdən əziyyətimizin qarşılığını tələb edirik. Gözləntimiz qarşılanmasa, hüquqi yollara əl atacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...